Cross-site scripting (XSS)

Saytlararası skript – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir.
Cross-certificate
Cryptanalysis
OBASTAN VİKİ
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
MEQA Site Builder